"Özümdən 35 yaş böyük kişiyə ərə getməyi özüm planlamışam".
"Sherg.az"ın xəbərinə görə, bu sözləri azərbaycanlı model Diana Əhədpur deyib. D.Əhədpur bildirib, həmişə gələcək həyat yoldaşının cavan-yaşlı olmağının fərqi etmədiyini söyləyib:
"Yetər ki, pulu çox olsun. Çünki uşaq vaxtından məqsədim yüksək səviyyəli həyat yaşamaq idi. Sözün gücü deyə bir anlayış var. Bir şeyi istəyib, inanırıqsa, o, mütləq baş verir. Yoldaşımın puluna görə, ailə həyatı qurmamışam, desəm, yalan olar. Amma imkanlı kişi də çoxdur. İnsan yalnız pula görə, həyatını uçuruma sürükləyə bilməz. Ərim belə böyük ürəyi sahib olmasa idi, var-dövləti bahasına özümü məhv etməzdim".