Xuraman əməliyyatdan qorxur

"Bıçaq dəydirim bədənimə? Qorxuram, kök olmağıma baxmayın. İmmunitetim zəifdir. Gedərəm, nəsə olar, oturmuşam. Özümü güclə idarə edirəm".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə TikTok-da canlı yayımda deyib. O, köklüyünü tənqid edənlərə cavab verib. Xuraman bildirib ki, əməliyyatdan qorxur:

"Mədəyə balon qoyurlar, deyirlər yaxşıdır. 2 min manatdır. Mədəkiçiltmədən qorxuram. Arıqlama çaylarına da inanmıram".