"Məni sevənlər, dostlarım, ətrafım çox yaxşı bilir ki, "ikiüzlülüyü", "oynamağı" sevən insan deyiləm. Nəyəmsə, buyam. Efirdə, həyatda necə olduğumu hər kəs bilir".
"Sherg.az"ın xəbərinə görə, bu sözləri müğənni Şəbnəm Tovuzlu həmkarı Nüşabə Musayevanın onun haqqında dediklərinə münasibət bildirərkən söyləyib.
“YouTube”da yayımlanan “Tarix Əliyev ilə Səmimi” layihəsinin qonağı olan Ş.Tovuzlu həmkarı ilə heç vaxt söz-söhbətinin düşmədiyini vurğulayıb:
"Ondan incimədim, bir az əsəbiləşdim. Çünki elə şeylər var, efir qarşısında demək olmaz. Dediklərinin çoxu da yanlış idi.
O çox istədiyi adamı həmişə qısqanır, söz atmağa çalışır. Bizim davamız olmayıb. İllər öncə birlikdə el şənliklərinə getmişik. Bacı kimi yanımda olmağını istəmişəm, yanımda da olub".
Qeyd edək ki, Nüşabə Şəbnəmi “ikiüzlülük”də günahlandıraraq, ona etdiyi yaxşılıqları “başına qaxınc” etmişdi. Həmçinin Ş.Tovuzlunun süni, pafoslu, özü olmadığını vurğulamışdı:
"Onunla çox yaxın olmuşuq, amma Şəbnəm Həci ilə tanış olduqdan sonra məndən uzaqlaşdı".