Müğənni Şəbnəm Tovuzlu və Nüşabə Musayeva qalmaqalı bitmək bilmir.
"Sherg.az"ın məlumatına görə, "Tarix Əliyev ilə Səmimi" layihəsinin qonağı olan Ş.Tovuzlu həmkarının evinə getdiyini söyləyib:
"Blokun qarşısına çağırdım. O qədər sərt getmişdim ki, elə bildi dalaşacam. İkimizin də ürəyində bir şey yoxdu. Gördüm qaşqabaqlı dayanıb. Ərkyana şəkildə "Utanırsan, heç ayıb deyil sənin üçün? Bu nə hoqqadır çıxardırsan. Dərdin varsa, telefonla yığ danışaq, kamera qarşısında olmaz" dedim".
Şəbnəm Nüşabədən uzaqlaşmağının səbəbini belə açıqlayıb:
"Məhşurlaşdıqdan sonra bəzi xoşagəlməz oyunlar, rəqslər... Bacı kimi dedim ki, iki qızın var, qurban sənə, bu cür oyunlar etmə.
Həyatında olan şəxsi də ona layiq görmürdüm. İndi onunla ayrılıblar. Başına oyun açan da həmin oğlan oldu. Buna görə məndən incimişdi".
Nüşabə Musayeva isə sosial şəbəkədə paylaşım edərək Şəbnəm Tovuzlunun söylədiklərini təkzib edib:
" Ay Şəbi, niyə? Axı niyə yalan danışırsan?Biz telefonla danışdıq. Evin ünvanını sənə özüm başa saldım. Evə özüm çağırdım. Qaplnın ağzında dayandın. Gəl içəri dedim. Zəhramı öpdün, adam kimi danışdıq. Hətta ağlayıb məni qucaqladın. Ay Şəbi, nolar, dürüst ol. Düzünü danış. Maskalanma, saxta olma. Elə danışmıdan, guya, səndən qorxmuşam, məni döyməyə gəlmisən. Mən istəməsəm həmdəvərimə heç kim yaxın dura bilməz. Söhbət bağlanmışdı, niyə yenə məni danışdırırsan".