Aktyor cütlüyün  övladı olacaq - FOTO


Əməkdar artist Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz ata olacaq.

Sherg.az  Bizim.Media-ya istinadən xəbər verir ki, bu haqda aktyor qonaq olduğu "YouTube"da yayımlanan "Qırmızı" layihəsində deyib.

Xanım həmkarı Aydan Axundzadə ilə ailəli olan İbrahim övladının cinsini və adını isə açıqlamaqdan boyun qaçırıb.

Qeyd edək ki, İbrahim Aydan cütlüyü 2021-ci ilin avqustunda evlənib. Aktyor "Vicdan haqqı" serialı ilə məşhurlaşıb. Hazırda isə o, "Yuxu kimi" serialında baş rolu ifa edir.