Müğənni Şəbnəm Tovuzlu İsraildə konsert verəcək.
"Sherg.az" xəbər verir ki, sosial şəbəkə istifadəçiləri müğənnin bu addımını tənqid ediblər.
İstifadəçilər "Ermənistanın təxribatları nəticəsində şəhid olan azərbaycanlıların xatirəsinə hörmətsizlikdir", "rəzalət" kimi rəylər yazıblar.
Məlumata görə, İsraildə yaşayan soydaşlarımız da konsertin gerçəkləşməsinə etirazını bildirib.
Qeyd edək ki, sənətçi konserti azərbaycanlı müğənni Elvin Babazadə ilə birlikdə verəcək. Konsert 21 sentyabrda İsrailin Aryuda şəhərində, restoranda baş tutacaq.