Cey Lo ilə Ben arasında "soyuq küləklər" əsir

Dünyaca məşhur cütlük, müğənni Cennifer Lopezlə aktyor Benn Afflekin bal ayından qayıtdıqdan sonra münasibətlərində problem yaşadığı iddia olunub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyə yaxın mənbələrdən birinin dediyinə görə, onlar işlərində yaşadıqları stresslə yanaşı ailələrini bir araya gətirməyə çalışdıqları zaman yaranan gərginliyə görə mübahisə edirlər.

Ulduzlar isə hələlik bu barədə açıqlama verməyib.

Qeyd edək ki, onlar iyulda səssiz-sədasız nikah masasına əyləşmişdilər. Cenniferlə Ben 2002-ci ildə görüşməyə başlamış və 2 illik münasibətdən sonra ayrılmışdılar. Onlar 17 illik ayrılıqdan sonra ötən il yenidən bir araya gəliblər.