Bir zamanlar hər kəsin həsədlə izlədiyi Anjelina Coli və Bred Pit arasındakı çəkişmə davam edir. Son olaraq isə Anjelinanın keçmiş əri Pitə qarşı etdiyi şikayətin sənədlərindəki iddialar mediaya yansıyıb. Bəziləri daha əvvəldən gün üzünə çıxan bu iddialar şok yaradıb.
Aktirisa bildirib ki, B. Pit ailəliklə getdikləri şəxsi təyyarə səyahəti zamanı altı uşaqdan birini boğmağa çalışıb, digərinin də üzünə zərbə endirib.
Qeyd edək ki, daha əvvəl də Anjelina eyni səyahət zamanı Pitin təyyarənin ayaqyolusunda ona şiddət göstərdiyini demişdi.
Mənbə: Hürriyet gazetesi