7 ildir filmə çəkilməməsinin səbəbini açıqladı

Hollivud ulduzu Eva Mendes aktrisalıq peşəsindən uzaqlaşmasının səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, sonuncu dəfə 2015-ci ildə filmə çəkilən Eva işini heç vaxt atmadığını deyib:

"Aktrisalığı heç vaxt tərk etmədim. Bu müddət ərzində vaxtımı ailəmə sərf etmək istədim. Uşaqlarımla evdə olmaq istəyirdim. Xoşbəxtlikdən, digər biznes layihələrim mənə aktyorluqdan daha çox vaxt ayırmağa imkan verdi”.

Sevgilisi Rayan Qoslinqlə iki qızını böyüdən 48 yaşlı Mendes gələn ssenariləri seçmək imkanı qazanıb:

“O zaman mənə təklif olunan stereotip qəhrəmanlar məni heyrətləndirmədi. Xüsusilə "Canavarı necə tutmalı" filmi üzərində işlədikdən sonra - bu, əsl xəyal layihəsi idi. Və eyni səviyyədə bir şey tapmaq demək olar ki, qeyri-mümkün oldu.