79 yaşlı müğənni nişanlandı

79 yaşlı əfsanəvi rok musiqiçisi Mik Caqqer 36 yaşlı keçmiş balerina Melani Hamrikə evlilik təklifi edib.

Axşam.az xəbər verir ki, onların münasibətini ciddiləşdirməsi hələ ötən ilin noyabrında mediada dərc edilmişdi. Amma ifaçı bunu təkzib edərək, yalanlamışdı.

"The Mirror"Mik və Melaninin nişanlandığını yazıb. Onun barmağındakı üzük diqqətdən qaçmayıb. 9 ildir münasibətdə olan 

cütlüyün 6 yaşında övladı var.