Rəşad həbsdə mahnı sözləri yazacaq...

Həbsdə olan meyxanaçı Rəşad Dağlı yaradıcılığına davam edir.

Bu barədə “Sherg.az”a sənətçinin dostu, prodüser Ataş Hüseyn məlumat verib. 

O bildirib ki, həbsdə olan dostuna musiqi təqdim edib və Dağlı da onun üzərində söz yazacaq:

“Yaradıcılığı nə qədər davam etsə də, azadlıqda olduğu kimi deyil. İstər-istəməz insanın fikri qalır. Kim olsa, əvvəlki kimi olmaz. Yəqin ki, bir müddət sonra yaradıcılığı ilə məşğul olar”.

Qeyd edək ki, Rəşad tanışı İskəndər Mehtiyevi qətl etdiyi üçün azadlıqdan məhrum edilib. Onun 11 ilə qədər həbsi istənilir.