Taylor Svift yenə rekorda imza atıb

Amerikalı müğənni Taylor Svift karyerası boyunca bir çox rekorda imza atıb. İfaçının budəfki rekordu “Top 10”luğa daxil olan mahnılarının sayına görədir. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, ifaçı ilk onluğa ən çox mahnısı daxil olan qadın müğənnidir. Onun 2019-cu ildə hazırlanan “Lover” musiqi albomundakı “Cruel Summer” mahnısı Billboard Hot 100 səhifəsində ilk 10-luğa daxil olub. Bununla da ifaçının ümumilikdə 41 mahnısı Top-10-da yer almış olub. Yalnız rep ifaçısı Drake özündən önə buraxan müğənni siyahıda Madonna, Rihanna, hətta Maykl Ceksonu da geridə qoyub. Onun mahnıları ən çox dinlənənlər sırasndadır. “Grammy” mükafatçısı olan ifaçı sonuncu dəfə “Midnights” musiqi albomu ilə rekord əldə etmişdi. Hazırda isə  Taylor Svift Eras turnesiylə gündəmə gəlib. İfaçı 2024-cü ildə Avropa turnesinə hazırlaşır.