Röya jurnalistə verdiyi sözü tutdu - Video

Xalq artisti Röya Ayxanın növbəti addımı rəğbətlə qarşılanıb.

“Sherg.az”ın əldə etdiyi məlumata görə, estrada ulduzu “MTV Azərbaycan”ın əməkdaşına jest edib.

Belə ki, R. Ayxan sözügedən kanalda fəaliyyət göstərən Aytən adlı müxbir xanımın toyunda səhnə alıb.

Belə ki, sənətçi jurnalistə “14/41” albomunun təqdimatında verdiyi sözü tutub. O, toyunda Röyanın çıxışını istəyən müxbirin arzusunu reallaşdırıb. Ulduz dünən paytaxt restoranlarının birində baş tutan toy məclisində təmənnasız səhnə alıb.