40 ildir birlikdədirlər, amma evlənmirlər: Məşhur aktyor səbəbini açıqladı

Hollivudun nümunəvi cütlüklərindən olan Qoldi Houn və Kurt Rassel 40 ildir birlikdə yaşayır. 
Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, 77 yaşlı Qoldi Houn Rassellə niyə evlənmirlər sualına konkret cavab verib:

 "Niyə evlənməliyik? Bu daha yaxşı sual deyilmi?".

Əvvəl iki evliliyi olan Haun, "Evlilik nəticə vermədikdə, hər şey böyüyür. Çox çirkinləşir" deyə vurğulayıb.

Boşanma ilə bağlı dərdi olmadığını deyən aktyor "Münasibətləri saxlamaq çətindir. Hər zaman asan olmur. Ona görə də azad düşüncə ilə azad olmaq vacibdir" deyə qeyd edib.

Cütlüyün Vyatt Russell adlı övladı var.

Turan