Hadid narkotik saxladığı üçün həbs edilib

Məşhur supermodel Bella Hadid və rəfiqəsi Liya Makkarti tətilə getdikləri Karib dənizi bölgəsinin qərbində yerləşən Kayman adalarında həbs edilib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 28 yaşlı modelin hava limanında həbs olunduğu öyrənilib. Bildirilib ki, həbsə səbəb Hadidin çamadanında narkotik maddə çıxması olub.

Daha sonra Hadid və rəfiqəsinin min dollar girov qarşılığında sərbəst buraxıldığı öyrənilib.

Həbs xəbəri şayiə olaraq yayılsa da, Hadidin sözçüsü açıqlama verərək hadisəni təsdiqləyib.




 
Hadid sosial şəbəkədə rəfiqəsi ilə istirahətindən foto və video paylaşaraq "Yaxşı bitən hər şey yaxşıdır" qeydini ataraq, pis təcrübəsini geridə qoyduğu mesajını verib.

Turan