Tarkan çimərlikdən xəbər verdi: Gözəlliklər tezliklə gələcək, bir az daha səbr

Hazırda səhnəyə qayıtmağa hazırlaşan Tarkan gərgin marafon öncəsi tətilə çıxıb. 

Sherg.az "ntv.com.tr"-yə istinadən xəbər verir ki, çimərlikdə günəş vannası qəbul edərkən pozalar verən Meqastar sosial şəbəkədəki paylaşımında "Çətin işlərə qısa bir ara vermək və davam edəcək o gərgin işlərə enerji doldurmaq üçün tətil mütləq idi. Tezliklə gözəlliklər gəlir. Bir az da səbir" yazıb.

Tez-tez həyat yoldaşı və qızı ilə fotolarını sosial şəbəkədə paylaşan Tarkan 6 iyul Dünya Öpüş Gününü sosial media hesabında qeyd edib. Həyat yoldaşı Pınar Tevetoğlu ilə öpüşmə pozasını yayımlayan məşhur ad, paylaşımına "Madam ki, Dünya Öpüş Günü" qeydini yazıb. Meqastar və həyat yoldaşının verdiyi poza qısa zamanda minlərlə bəyənmə və şərh gəlib.



50 yaşlı müğənni barəsində çıxan "80 milyon TL-yə yaxta aldı" xəbərləri qarşısında susqunluğunu pozub. Tarkan onun haqqında səslənən iddialara yumoristik cavab verib.

Tanınmış müğənni "Yaxta almamışam, Kaz dağlarında villam yoxdur. Heç belə olmayıb... Mənim saçım da protez deyil, amma aradabir boyatıram" ifadələrini işlədib.

Tarkan 29 aprel 2016-cı ildə Pınar Tevetoğlu ilə ailə qurub, 2018-ci ildə qızı Liyanı qucağına alıb.

Ayla İLKin