Məşhur türkiyəli aktyor əslən qazaxlı imiş... - Araşdırma 

Türkiyənin gənc aktyoru Mesutcan Tomayın son vaxtlar Azərbaycan dilində videoları sosial şəbəkələrdə gündəm olub.

Sənətçinin ana dilimizdə səlist danışığı maraqlar qarşılanıb.

“Sherg.az”ın əldə etdiyi məlumata görə isə Mesutcanın ana tərəfi azərbaycanlıdır.

Hətta onun bir kökü Qazaxın Şıxlı kəndindəndir.

Aktyor uşaqlığının bir qismini Azərbaycanda keçirib. Onun hələ də ölkəmizdə yaşayan qohum-əqrəbaları var.

Bununla yanaşı gənc fenomenin atası da Qarsdandır.

Qeyd edək ki, uşaqlıq illərindən aktyorluqla məşğul olan M. Tomay “Türkün uzayla imtihanı”, “Maidenin günlüyü, “Kördüğüm” kimi layihələrdə rol alıb. O hazırda sosial şəbəkələrdə paylaşdığı videolarla populyardır.