Demet Özdemir və DJ Sergio ilk dəfə eyni avtomobildə görüntülənib


Ötən aylarda Oğuzhan Koçla evliliyini bitirən Demet Özdemirin DJ Sergio ilə eşq yaşadığı iddia edilib. Məşhur aktrisa adı sevgi dedi-qodularına qarışan Serxionu sosial media hesabından paylaşıb. İkili ilk dəfə eyni avtomobildə görüntülənib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, evlilikləri haqqında çox danışılan Demet Özdemir və Oğuzhan Koç sosial şəbəkədə sevgi dolu pozalar verərkən təəccüblü şəkildə ayrılmaq qərarına gəliblər.

Mayın 8-də məhkəmə iclasında boşanan Özdemir və Koç Adalar Ədliyyəsi Ailə Məhkəməsində keçirilən iclasa vəkilləri ilə qatılıb və qarşılıqlı olaraq heç nə tələb etməyiblər.

Ayrılıqdan sonra bir müddət Yunanıstanda tətildə olan Demet Özdemirin o zaman könlünü yunan DJ Sergioya verdiyi iddia edilir. Özdemir ad günü məclisində tanış olduğu DJ Sergionu dinləməyə getməyə başlayıb.

Demet Özdemir ötən gün adı sevgi dedi-qodularına qarışan Sergionu paylaşıb. Məşhur DJ də bu paylaşımı bəd nəzər muncuq emojisi ilə paylaşıb.
DJ Sergio və Demet Özdemir bu dəfə eyni avtomobildə görüntülənib.

Turan