3 sevgili bir arada

Paris Moda Həftəsində yaşananlar olay oldu
 
 Hollivud “ulduz”u Leonardo Di Kaprionun köhnə və yeni sevgilisi gözlənilmədən üz-üzə gəlib. 

Hadisə Paris Moda Həftəsində baş verib.

 “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, məşhur aktyor yenə də sevgi macəralarıyla gündəmə gəlib. Martin Scorsesenin "Dolunay qatilləri" filmi ilə növbəti dəfə istedadını təsdiq etdirən Leonardo Di Kaprio haqqında sosial mediada “25 yaşından böyük xanımlarla münasibət saxlamır”, şayiəsi yayılıb. Aktyorun özəl həyatı hər zaman diqqət mərkəzindədir. Bir zamanlar aktyorun adı məşhur model Gigi Hadidlə hallanırdı, sonra isə italyan model Vittoria Ceretti ilə birlikdə olduğu iddia edildi. Bu günlərdə Parisdə düzənlənən “Chanel” moda həftəsində isə ikmi məşhur model və Leonardo Di Kaprionun keçmiş və yeni sevgilisi Gigi Hadid və Vittoria Ceretti podiumda üz-üzə gəlib. Gigi Hadid podiuma belində incə zənciri olan, qara, parıltılı, uzun libas, V.Ceretti isə üzərində milləri olan qısa üst geyim və qırmızı-qara ətək geyinərək çıxıb. Maraqlı burasıdır ki, Leonardo Di Kaprionun keçmiş sevgililərindən daha biri, 26 yaşlı Camila Morrone də moda nümayişini izləyənlər sırasında olub. Ötən günlərdə aktyorun Vittoria Ceretti ilə bir klubda görüşdüyü, bununla bağlı verilən suala isə “rəfiqəmdir”, cavabını verdiyi bildirilir.