Cici Hadid Fələstinə səsləndi

“Fələstinlilər üçün ümidlərim, xəyallarım var…” 

Fələstin əsilli məşhur super-model Cici Hadid (Gigi Hadid) İsrail ilə “Həmas” arasında yaşananlar və Orta Şərqin yenidən alovlara qərq olmasına səssiz qalmayıb. Məşhur model İnstagram hesabından “fələstinlilər üçün ümidlərim, xəyallarım var, amma bunların heç biri bircə nəfər yəhudinin də zərər görməsindən keçmir. Həm fələstinli, həm də yəhudi dostlarıma başsağlığı verirəm”, paylaşımı edib.

 Cici Hadid “düşüncələrim, bu haqsız faciənin qurbanı olan, hər gün can verən uşaqlar, körpələrin yanındadır. Fələstinin işğalına, işğal altındakı həyata dərin empati bəsləyirəm və qəlbim sınıqdır. Yəhudi dostlarıma daha əvvəl də söyləmişəm. Və yenə söyləməyi özümə borc bilirəm ki, bunların heç biri məsum insanların ölümünə əvəz ola bilməz. Hər bir insan, insan kimi və təhlükəsiz yaşamağı, təməl haqlarına sahib olmağı haqq edir. Sözlərimin kiminsə yarasına məlhəm olmayacağını da bilirəm. Yenə də məsum insanlar üçün dua edirəm”, yazıb. Cici Hadidin bacısı Bella Hadid isə hələ ki, heç bir paylaşım etməyib. Qızların atası M.Hadid də C.Hadidin bu paylaşımını sosial şəbəkədə “qızımdan bütün insanlığa” mesajıyla paylaşıb. 
Qeyd edəkm ki, hər ikisi hazırda dünyada ən məşhur super-model olaraq tanınan Cici Hadid və bacısı Bella Hadid fələstinli iş adamı Muhamməd Hadidin övladlarıdır. Qızların anası da zamanında model olan hollandiyalı Yohanda Hadiddir. Muhamməd və Yolanda Hadidin bir oğul övladları da var – Anvar. M.Hadid Fələstinin Nasira şəhərində doğulub. Şəhər İsrail ordusu tərəfindən işğal edildikdə M.Hadid əvvəlcə Suriyaya, oradan isə ABŞ-yə köçüb. ABŞ-də sahibkarlıq fəaliyyətinə başlayıb, zəngin iş adamı səviyyəsinə yüksəlib. O, Kaliforniya, Los-Anceles və Beverli Hillsdə lyüks otellər və yaşayış binalarının inşası ilə məşğuldur. M.Hadidin model qızları isə hazırda atalarından heç də az qazanmırlar.