Aktrisa Vilma Elles təxminən üç həftə əvvəl üçüncü övladını dünyaya gətirib. Daha bir qız övladı olan 37 yaşlı aktrisa doğuşdan sonra qısa müddətdə necə arıqladığından danışıb.
Sherg.az xəbər verir ki, Elles həyat məşqçisi Kumru Köselerin rəhbərliyi ilə hamiləlik dövründə aldığı 18 kilonun 10-nu təxminən üç həftə ərzində əridib.
Arıqlama prosesi ilə bağlı məlumat verən Vilma Elles, "Mən analığı da, işi də birləşdirirəm. Hamilə zamanı 18 kilo aldım. İndi 10 kilo getdi, 8 kilo qaldı. Bədənimizə qulluq etdiyimiz, dişlərimizi fırçaladığımız kimi ruhumuzu da qidalandırmalıyıq. Kitab oxumaq, bilikli və ağıllı insanlarla söhbət etmək adamı həmişə irəli aparır”, - deyə o bildirib.