Ünlülər dünyanın ən böyük konsert kompleksində bir araya gəldi

Las Veqasda yerləşən, dünyanın ən böyük LED sferası olan MSG Sphere adlı musiqi və əyləncə kompleksi öz qapılarını açıb. Məşhur müğənni Ledi Qaqa U2 qrupu ilə çıxış edib. Qaqa məşhur qrupla birlikdə Oskar mükafatı qazanmış "Shallow" mahnısını ifa edib.

Sherg.az xəbər verir ki, Ledi Qaqa rok qrupu ilə  "Shallow" mahnısını ifa edib, tamaşaçılara unudulmaz anlar yaşadıb.

“A Star Is Born” filmində Ledi Qaqa və Bredli Kuperin ifa etdiyi “Shallow” mahnısı Oskarda “Ən yaxşı orijinal mahnı” mükafatına layiq görülüb.

Qaqa bu yaxınlarda The Rolling Stones ilə "Sweet Sounds of Heaven" mahnısı ilə duet oxuyub.