Musiqiçi Emir Ersoyla xoşbəxt ailə quran Gökçe Bahadır yeni yaşını qeyd edib. Məşhur aktrisa iki milyona yaxın izləyicisi olan İnstaqram hesabında ad günündə xüsusi paylaşım edib.
SHerg.az xəbər verir ki, 2011-ci ilin iyulunda Ali Sunalla evliliyi 7 ay sonra sona çatan, 2022-ci ilin fevralında isə musiqiçi Əmir Ərsoyla evlənən gözəl aktrisanın 42 yaşı tamam oldu. Gökçe Bahadır ad günündə diqqətçəkən paylaşım edib.
Sosial şəbəkələrdən aktiv istifadə edən aktrisa ad günü paylaşımında mənalı mesaj yazıb.
"Xoş gəldin, yeni yaş! Təbii ki, çözə bilmədim, amma bildiyim şey mutlu olduğunu işi görmək, özünü sevdiklərinlə əhatə etmək, sağlam düşüncəli olmaq, ətrafınıza diqqət yetirmək, hiss etmək, empati qurmaq, mühakimələri bir kənara qoymaq və yaşamaqdır".