Baş rol aldığı filmlərlə yanaşı, musiqi işləri ilə də parlaq karyera quran Emel Sayın kamera qarşısına keçib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, at heykəllərinin yanında poza verən Emel Sayın həmin anları sosial media hesabında yayımlamağı da unutmayıb.
Çox xoşbəxt görünən və yumoristik paylaşım edən Emel Sayın "Ağ atı tutdum, şahzadəm hanı?" deyib.
77 yaşlı Sayın paylaşımına muncuq emojiləri də əlavə edib.