Ölümünün 13-cü ilində də unudulmadı

2 fevral 2011-ci ildə astma xəstəliyindən  infarkt keçirərək dünyasını dəyişən Defne Joy Foster ölümünün 13-cü ilində də unudulmayıb. Sherg.az xəbər verir ki, "Sehirli anam" serialında qızı Toprak obrazını canlandıran Cennifer Boyner də paylaşımı və dəyişikliyi ilə gündəmə gəlib.

 Hazırda sosial media fenomeni kimi tanınan Cennifer Boyner “Onun makiyajını özüm üçün edəcəm” deyib.

Defne Joy Fosterin həyat yoldaşı obrazını canlandıran Cess Molho İnstaqram hesabında bu sözləri paylaşıb: "13 il keçdi. Unudulmadın, yerin göründü".