Tünzalə Ağayeva yenə qısa geyimi ilə diqqət çəkib - FOTO

Xalq artisti Tünzalə Ağayeva ultra qısa geyimi ilə diqqət çəkib. 
SİA xəbər verir ki, dünən Bakıda təşkil olunmuş konsert proqramına qatılan sənətçi səhnə obrazını instaqram hesabında paylaşıb. Gecə üçün çox qısa, qara kostyum seçən 47 yaşlı ulduz obrazını qara əlcək və stilettolarla tamamlayıb. Uzun saçdan sıxılan müğənninin qısa saç düzümünə keçməsi də diqqətdən qaçmayıb.
Sənətçinin rəqs görüntüləri də sosial mediada maraqla qarşılanıb.