İlon Mask bütün xərcləri öz üzərinə götürəcək

Serialdan qovulan Gina Carano "Disney"i məhkəməyə verdi 

ABŞ-da Disneyin rəqəmsal platformasına çıxdıqdan sonra  dünyada böyük izləyici kütləsi qazanan "The Mandalorian" serialında Cara Dune obrazını canlandıran məşhur aktrisa Gina Carano 2021-ci ildə aktyor heyətindən uzaqlaşdırılıb.

Sherg.az xəbər verir ki, sosial mediada yazdığı paylaşımda Carano ABŞ-da respublikaçı olmağı nasist Almaniyası dövründə yəhudi olmaq ilə müqayisə edib.


Serialın prodüser şirkəti olan "Lucasfilm" həmin gün postların hazırlandığını bildirib: “Cina Caranonun "Lucasfilm" ilə heç bir əlaqəsi yoxdur. Gələcəkdə də bununla bağlı heç bir plan yoxdur".


Aktyorluq karyerasından əvvəl MMA döyüşçüsü olan Carano Disney və "Lucasfilm"i məhkəməyə verib. Aktyor haqsız yerə serialdan uzaqlaşdırıldığı və ayrıseçkiliyə məruz qaldığı üçün şirkətləri məhkəməyə verib.

"Lucasfilm"in aktyoru yenidən seriala daxil etməsi və şirkətin 75 min dollar cərimə ödəməsi mümkün ola bilər.

X-nin sahibi İlon Mask işin xərclərini öz üzərinə götürüb. Mask X platformasında ayrıseçkiliyə məruz qalan hər kəsə dəstək olacağına və onların bütün xərclərini qarşılayacağına söz verib.

Bununla belə, Caranonun yazılarının əvvəlcə İnstaqram hekayələrində dərc edilməsi çaşqınlıq yaratdı.

  X-in əməliyyatlar üzrə rəhbəri Joe Benarroch, X-in "ifadə azadlığına" həssaslığını təkrarlayıb və aktyoru dəstəkləyəcəklərini açıqlayıb.