Beyonsdan gələn gözəllik markası

"Qremmi" mükafatlı, dünya şöhrətli müğənni Beyons musiqi karyerasındakı uğurları ilə ad çıxarsa da, fərqli sahələrdə atdığı addımlarla da diqqət çəkir. 

Sherg.az xəbər verir ki, Beyons saça qulluq brendi çıxaracağını açıqlayıb. 42 yaşlı ulduz sosial media hesabında "Cecred" adlı brendini təqdim edib.

32 dəfə "Qremmi" mükafatçısı Beyons "Saç müqəddəsdir. Səyahət fevralın 20-də başlayır" deyərək brendini təqdim edib.

Musiqi sənayesinin ən güclü adlarından biri olan Beyons "Anamın saç salonunda böyümüşəm. Saçımın səyahətinə xoş gəlmisiniz" deyib. Müğənni 2021-ci ildə verdiyi müsahibədə "Bir cəmiyyətdə güc vardır, mən bunu bir saç salonu sahibinin qızı kimi görmək şansım oldu" deyib.