80 tatu 1 gecədə yox oldu: Maykl Ceksonun qızı dəyişdi

Musiqi dünyasının ən nüfuzlu mükafatı “Grammy” qaliblərinin elan edilməsi mərasiminə qatılan məşhurlar  yenə bütün diqqətləri üzərlərinə çəkməyi bacarıb. Los-Angelesdə keçirilən mükafatlandırma mərasiminə pop kralı, mərhum Maykl Ceksonun  25 yaşlı qızı Paris  Cekson da qatılıb.
 “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Paris Ceksonu görənlər təəccüblərini gizlədə bilməyib. Paris Cekson musiqi aləmində daha çox tatularıyla məşhurlaşmışdı. Xanım sənətçinin bədəninə nə az, nə çox, tam 80 tatu həkk edilmişdi.  Lakin mərasimdə “qırmızı xalı”ya çıxan Paris Cekson hamını bədəninin tər-təmiz, tatusuz olmasıyla heyrətləndirib. 80 tatu necə silinib? Maraqlı budur ki, həmin gecə Paris Cekson başqa bir mərasimə də qatılıb. Amma bu tədbirdə o yenə tatulu halda görünüb. Bir gecədə həm tatulu, həm də tatusuz olmaq necə mümkündür? Məlum olub ki, Paris Cekson “Grammy” mükafatı mərasimində tatusuz görünmək qərarı verib və bunun üçün onun dərisi üzərində bir  neçə saat makiyaj aparılıb. Bədənindəki tatuların üzəri sprey və fırça vasitəsilə qapadılıb. Paris Cekson bu addımını “istəmədim geyimim tatuların kölgəsində qalsın”, kimi izah edib. Növbəti mərasimə gedərkən isə sprey və fırçalar vasitəsilə dərisinə çəkilmiş rənglər silinib və Paris Cekson yenidən tatularını nümayiş etdirib.