1 ildə 45 kilo çəki verdi! -Aktyorun son halı hamını şoka salıb

"Güldür Güldür Şou"da "İbrahim" obrazını canlandıran aktyor Rüştü Onur Atilla arıqlayıb.                                                                                                                         "Sherg.az" xəbər verir ki, bir ildə 45 kilo arıqlayan Rüştü Onur Atilla mədəikiçiltmə əməliyyatı keçirdiyini açıqlayaraq son görünüşünü paylaşıb.
Evli və iki uşaq atası olan Rüştü Onur Atilla “Necə arıqladınız?” suallarına cavab olaraq son görünüşü ilə bağlı açıqlama verib.

“Kimsənin ahını almaq istəmirəm ”
"365 gün, 45 kilo. Bunun necə baş verdiyini soruşanlar oldu, cavab vermədiyim üçün əsəbiləşənlər də oldu" deyən Atilla bunları yazıb:
"Əməliyyat olunmağımdan düz bir il keçir. Bunu dərhal paylaşmağı düzgün hesab etmədim. Çəki problemi olanlar və arıqlamaq istəyən, amma arıqlaya bilməyənlər üçün ümid bağlamağın nə demək olduğunu çox yaxşı bilirəm. Ancaq bu, ən müasir texnologiyaya malik bir əməliyyat olsa da, tanınmış bir şəxsin təsirinə məruz qalaraq tez qərar veriləcək və həyata keçiriləcək əməliyyat olmamalıdır. Mən heç kimin məsuliyyətini boynuma götürmək istəmirəm. Həyat üçün təhlükə olduğunu bilirik... Yenə də çox ehtiyatlı olduğum halda deyə bilərəm ki, öz səyahətimdə verdiyim bu qərar indiyə qədər məni sevindirdi. Deyə bilmərəm ki, bunu et və ya etmə. Onu da deyim ki, yalnız mədə kiçiltmə əməliyyatı edərək arıqlamaq mümkün deyil, ömür boyu qidalanma vərdişləri ilə yanaşı idmanı da həyatımıza daxil etmək, qan dəyərlərinə də daxil olmaqla, tez-tez yoxlamalardan keçmək lazımdır ".
Mədə kiçiltmə əməliyyatı sayəsində artıq çəkisini itirdiyini, eyni zamanda yemək vərdişlərini dəyişdiyini və idmanla məşğul olduğunu bildirən aktyor son görünüşü ilə təriflənib.