Əziz izləyicilərim! Bildirmək istəyirəm ki, əyləncə məkanlarından birində 23 fevral tarixində keçirilməsi planlaşdırılan konsertimin “Kişilər günü” adı altında anons olunmasına qarşıyam və bu haqda iradımı təşkilatçıya bildirmişəm.
Kult.az xəbər verir ki, bunu xalq artisti Eyyub Yaqubov bildirib.
“İlk olaraq bildirim ki, mənim üçün “Kişilər günü” deyilən bir anlayış yoxdur. Mən 23 fevral tarixində adi bir gün kimi sevənlərimin qarşısında çıxış etmək üçün bu təklifi qəbul etmişəm. Məkanın və təşkilatçının mənim xəbərim olmadan bu adla konsertimi izləyiciyə təqdim etməsi yanlışdır. 44 günlük müharibədə qələbə qazanan və 3000 şəhid verən ölkənin vətəndaşları üçün hər gün “Kişilər günü”dür”, - müğənni vurğulayıb.
Qeyd edək ki, E.Yaqubovun 23 fevralda “Kişilər günü” adlı konsert verəcəyi ilə bağlı məlumat etiraz doğurmuşdu.