Cennifer Lopez təqaüdə çıxır? - "Hər şeyimi bu alboma vermişəm"

Son illər şəxsi həyatı ilə gündəmdə olan Cennifer Lopezin yeni albomuna sayılı günlər qalıb.

 Sherg.az xəbər verir ki, fevralın 16-da Lopezin 9-cu studiya albomu tamaşaçılarla görüşəcək. 
54 yaşlı müğənni yeni albomunun sonuncu ola biləcəyinə işarə edib. “Düzünü desəm, bundan sonra yeni albom çıxaracağıma əmin deyiləm”. Müğənni albomunun çox özəl olduğunu və az qala "kolleksiya parçası"na çevriləcəyini bildirib.

"Mənə elə gəlir ki, bu, mənim üçün bir dövrün sonu, eyni zamanda yeni bir dövrün başlanğıcıdır. Ona görə də heç vaxt heç vaxt demirəm, amma hər şeyimi bu alboma vermişəm", - Lopez davam edib.

Albom məşhur müğənninin çətin uşaqlıq illərinə və uğursuz münasibətlərinə də işıq salacaq. Əslində, yeni albomdakı 13 sinqldan biri 'Dear Ben pt.' 'II' və 'Midnight Trip to Vegas' adlı mahnılar onun iyul ayında Oskar mükafatlı aktyor Ben Affleklə evliliyinə istinad olacaq.