Demetin pencəyinin qiyməti heyrətləndirdi! - FOTO


Bir müddətdir səhhətində problemlər yaşayan Demet Özdemir sosial media hesabında paylaşımı ilə gündəmə gəlib. Stili üzə çıxan məşhur aktrisanın pencəyinin qiyməti heyrət doğurub.

Sherg.az xəbər verir ki, məşhur ad sosial media hesabından ondan narahat olan pərəstişkarlarına açıqlama verib və bu ifadələrdən istifadə edib:

“Maraqlananlar üçün şükürlər olsun ki, indi çox yaxşıyam. Xahiş edirəm özünüzə qulluq edin”.

Özdemir bir müddət əvvəl 16,2 milyon izləyicisi olan İnstaqram səhifəsində yayımladığı fotosu ilə gündəmə gəlib. Selfisi ilə diqqət çəkən Özdəmirin üslubunun qiyməti də bəlli olub.
Məşhur brenddən olan gözəl aktrisanın pencəyinin qiyməti 93 min 822 TL-dir.
Sosial media istifadəçiləri məşhur adın üslubuna "Demet nə geyinirsə yaraşır", "Maşallah" və "Əla" kimi şərhlər edib.