Taylor Svift taxtını təhvil verdi: İkon mükafatını Kylie Minogue aldı

İngiltərədə hər il təşkil edilən mərasimlə musiqi dünyasının ən yaxşılarına verilən BRIT Mükafatlarının son həftələrdə namizədləri açıqlanıb. Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, Britaniyalı müğənni Rayenin başçılıq etdiyi siyahıda Miley Cyrus və Lana Del Rey beynəlxalq nominasiyalara layiq görülən adlar olub.

Gecədə "Can't Get you Out Of My Head", "Padam Padam", "Come Into My World" və "The Loco-Motion" kimi mahnıları ilə tanınan məşhur müğənni Kylie Minogueyə xüsusi mükafat veriləcək. .

Minogue martın 2-də keçiriləcək mükafatlandırma mərasimində "Qlobal İkon" mükafatını alacaq.

Səhnəyə çıxacaq sənətçi “Ən yaxşı beynəlxalq müğənni” nominasiyasına da layiq görülüb.

2021-ci ildə Taylor Svift bu mükafatı qazanan ilk qadın kimi tarixə düşüb. İkon mükafatı əvvəllər Ser Elton Con, David Bowie və Robbie Williams kimi adlara verilib. Minogue bu mükafatı alan ikinci qadın olacaq.