Serdar Ortaç canlı yayımda ağzından çıxanı bilmədi

Evdəki köməkçi müdaxilə etdi

Türkiyəli müğənni Serdar Ortaç son açıqlamaları və paylaşımları ilə maqazin dünyasında ən çox danışılan adlar sırasındadır. Ortaç bu yaxınlarda TikTok-da verdiyi açıqlamada keçmiş Survivor yarışmaçısı Çağla Taşdelenə ürəyini verdiyini söyləyib.

Sherg.az xəbər verir ki, ikili birlikdə açdıqları canlı yayımda səmimi söhbətləri ilə diqqət çəkib. Çağla isə Serdar Ortaçla bağlı eşq iddialarına cavab verib və deyilənləri təkzib edib.
Müğənni bu yaxınlarda canlı yayımı ilə yenə gündəmə gəlib. Serdar Ortaç sərxoş halda İnstaqramda səhərə qədər canlı yayımda olub. Ortaç söyüş söyməyə başlayanda evdə işləyən qadın efirə müdaxilə edib.