Serdar Ortaç sərxoş olduğuna görə  Tarkandan üzr istəyib

Məşhur müğənni Serdar Ortaç ötən gün sosial media hesabından canlı yayımda Tarkan haqqında söylədiyi fikirlərə görə üzr istəyib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, sosial media paylaşımları ilə adından söz etdirən Serdar Ortaç ötən gün TikTok yayımında Tarkanla bağlı bəzi açıqlamalar verib.

Görüntülər sosial mediada yayıldıqdan sonra Ortaç məsələ ilə bağlı açıqlama verib.

Ortaç: "Yadımda deyil... Çox sərxoş idim, qardaş. Dərman da istifadə edirəm. Dərmanların üstünə spirtli içki içəndə pisləşdim. Demək, intihar etmişəm... Onsuz da sosial media hesabımı bağlayıblar. . TikTok hesabımda həmişəlik bağlanıb . Hamı, "Nə etdin?" soruşur. Baxıb özümü yormaq istəmirəm. Buna görə də üzr istəyirəm. Heç nə xatırlamıram" .