Okan Buruk və həyat yoldaşından pis xəbər gəlib

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk və həyat yoldaşı Nihan Burukdan pis xəbər gəlib. Cütlük 17 illik evliliyinə son qoyub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Okan Buruk və Nihan Buruk 2007-ci ilin iyulunda evləniblər. 2013-cü ildə boşanmaq üçün məhkəməyə müraciət edən cütlük daha sonra evliliklərinə bir şans daha vermək qərarına gəlib.

Ali Yiğit adlı 15 yaşlı oğlu olan Okan Buruk və Nihan Akkuş Burukun bir müddət əvvəl boşandığı məlum olub.

Nihan Buruk moda dünyasının tanınmış simalarından biridir. Yeditəpə Universitetinin Moda və Tekstil Dizaynı fakültəsini bitirib. 1983-cü ildə anadan olub, boyu 1.80 sm-dir. Universitet illərində Türkiyə gözəllik yarışmasına da qatılan modelyer Buruk 2003-cü ildə Almaniyada keçirilən Top Model of the World yarışmasında birinci olub. O, model olduğu müddətdə “Modda” adlı televiziya proqramı təqdim edib. O, bir müddət Star TV-də yayımlanan "Almaniya, Almaniya" adlı serialda da aktyor kimi çəkilib.

Alman dilini çox yaxşı bilən Nihan Buruk qadın və kişi hazır geyimlərində moda dünyasında varlığını ciddi şəkildə hiss etdirən uğurlu iş qadınlarından biridir.