Məşhur aktrisa qızının doğum şəklini izləyiciləri ilə paylaşıb

Məşhur aktrisa Songül Ödən 2020-ci ildə iş adamı Arman Bıçakçı ilə ailə həyatı qurub. Məşhur cütlüyün ötən ay körpəsi olub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, cütlük körpələrinə Sone Larin adını veriblər. Ödən qızının doğum şəklini izləyiciləri ilə paylaşıb.

Ödən paylaşımında bunları yazıb: "Həyatımın ən yaxşı ad günü hədiyyəsi... Gözəl mesajlarınıza, zənglərinizə cavab verə bilmədiyim üçün məni bağışlayın. Yaxşılığınız üçün çox sağ olun. arzular, hədiyyələr və kömək. Allaha şükürlər olsun ki, ətrafımda minlərlə gözəl insan var." .