“BAFTA 2024” mükafatları öz qaliblərini tapdı!

2024-cü ilin “BAFTA” film mükafatına namizədlər elan edilib, onların arasında 13 nominasiya üzrə “Oppenheimer” filmi liderdir.

Sherg.az xarici KİV-ə istinadla xəbər verir ki, sonrakı yeri 11 nominasiya ilə Yorqos Lantimosun “Kasıb əşyalar” filmi tutur. Martin Skorsezenin “Çiçək ayı qatilləri” və Conatan Qleyzerin “Maraq zonası” filmləri isə doqquz nominasiya ilə növbəti yeri bölüşürlər.

“Barbie”nin 2023-cü ilin ən çox gəlir gətirən film olmasına baxmayaraq, o, ən yaxşı film nominasiyasını qazana bilməyib.

“BAFTA 2024” mükafatlandırma mərasimi fevralın 18-də Londonun “Royal Festival Hall” sarayında keçiriləcək. Tədbirin aparıcısı şotlandiyalı aktyor Devid Tennantdır.