Demet Özdemir Aleyna Tilkinin keçmiş eşqi ilə sevgilidirmi?

Keçən may ayında müğənni Oğuzhan Koçla razılaşaraq boşandıqdan sonra yunan dicey Sergio ilə yeni münasibətə başlayacağı ilə bağlı xəbərlər yayılan aktrisa Demet Özdemir italyan sevgilisindən bir müddət əvvəl ayrılmışdı. Özdəmirin adı indi də Aleyna Tilkinin keçmiş sevgilisi Kadir Günəşlə hallanır.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, bu günlərdə Demet Özdemirin adı yeni eşq xəbəri ilə gündəmə gəlib. "Posta"dan Engin Can Dileklinin xəbərinə görə, Özdəmir hazırda Aleyna Tilkinin keçmiş sevgilisi Kadir Günəşlə eşq yaşayır.

Demet Özdemir bir ay əvvəl eşq yaşadığı iddia edilən Kadir Güneşlə keçən həftə İngiltərəyə gedib. Onlar 5 gün ərzində Londonda romantik anlar yaşayıb və bir-birlərini daha yaxından tanımaq fürsəti əldə ediblər. Sevgililərin ilk tətili bazar günü axşam başa çatıb və onlar birlikdə İstanbula qayıdıblar.