Məşhur müğənni ana və bacısını eyni gündə itirib

"My All", "Without You" və "Emotions" kimi mahnıları ilə tanınan məşhur müğənni Mariah Keri anası və bacısının eyni gündə dünyasını dəyişdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, 55 yaşlı məşhur musiqiçi "People" jurnalına açıqlamasında "Keçən həftə sonu anamı itirdim. Təəssüf ki, faciəvi hadisə nəticəsində bacım həmin gün dünyasını dəyişdi" deyib.

"Qremmi" mükafatına layiq görülmüş müğənni "Ölmədən əvvəl anamın son günlərini onunla keçirə bildiyim üçün özümü şanslı hiss edirəm. Belə bir zamanda hər kəsin sevgisinə, dəstəyinə və şəxsi həyatıma hörmət etdiyinə görə çox minnətdaram" deyib.

Kerinin anası Patrisiya və onun 63 yaşlı bacısı Alisonun ölüm səbəbləri hələlik məlum deyil.