Pınar Dəniz və Kaan Yıldırım evlənir: Tarix açıqlanıb

Bir müddətdir sevgili olan və bu yay evlənəcəkləri gözlənilən oyuncu cütlük Pınar Dəniz və Kaan Yıldırım tezliklə evlənir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, ara-sıra birlikdə fotolarını izləyiciləri ilə paylaşan cütlüyün nə vaxt evlənəcəyi bəlli olub. 
Birsen Altuntaşın verdiyi xəbərə görə, cütlük sentyabrın ortalarında nikah masasına əyləşəcə.

Qeyd edək ki, keçən il avqustun 6-da İngiltərədə evlənmək qərarına gələn və bu yay evlənəcəkləri ilə bağlı xəbərlər yayılan, lakin toy planlarını təxirə salan məşhur cütlüyün əvvəlcə yaşayacaqları evi seçib, və sonra onun dekorasiyası ilə məşğul olublar. Məlum olub ki, Dəniz və Yıldırım bir müddətdir ki, sentyabrın ortalarında olacaq toya hazırlaşırmış.