
Analitik: İlham Əliyevin səfəri həm Azərbaycan, həm də İtalya üçün önəmlidir
12:29 05.09.2024
Siyasət
742
Bu gün Prezident İlham Əliyev İtaliyaya rəsmi səfər edib. O bir müddət əvvəl də İtaliya səfirinin etimadnaməsini qəbul etmişdi.
Qeyd edəkki, İtaliya ATƏT- in Minsk qrupunun tərkibinə daxildir. İllərdir Azərbaycanla diplomatik, iqtisadi- ticari əlaqələr qurur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Maraqlıdır gələcək dövr ərzində İtaliya- Azərbaycan münasibətləri hansı müstəvidə irəliləyəcək?
Siyasi şərhçi Faiq Ələkbərli "Sherg.az"a deyib ki, Azərbaycan və İtaliya münasibətləri hər zaman normal səviyyədə olub:

"Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra İtalya ilə qurduğu münasibətlərində heç bir zaman ciddi böhrana rast gəlinməyib. Əksinə İtalya da Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. Hətta Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın yanında mövqe alıb. Bu da İtalya-Azərbaycan münasibətlərinə müsbət təsir göstərib. Eyni zamanda Romada, xüsusilə də Vatikanda müəyyən dini, mədəni abidələrin bərpasında da Azərbaycan böyük rol oynayıb. Rəsmi Bakı bu anlamda Roma ilə həmişə strateji əməkdaşlıq edib. Siyasi, iqtisadi, ticarət əlaqələri hər zaman normal olaraq özünü büruzə verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtalyaya növbəti səfəri də iki dövlət arasındakı münasibətlərin daha da irəli getməsi üçün bir addımdır. Əvvəllər də bu kimi səfərlər olub. Bu da növbəti bir səfərdir".
Azərbaycanın Avropa dövlətləri ilə normal münasibətlər qurmağa çalışdığını vurğulayan F.Ələkbərli qeyd edib ki, Fransa kimi bəzi dövlətlər Azərbaycanın xeyirxah niyyətindən, hümanistliyindən istifadə etməyə çalışır:
"Ümumilikdə Azərbaycan bütün Avropa dövlətləri ilə normal siyasət yürüdür. İtalya da bunun bariz nümunəsidir. İqtisadi, ticari, siyasi anlamda əməkdaşlığı davam etdirmək baxımından Prezident İlham Əliyevin növbəti səfəri də həm Azərbaycan, həm də İtalya üçün önəmlidir. Ümumiyyətlə Azərbaycan öz əlaqələrini dar və məhdud çərçivədə saxlamır. İstər Qərb, istərsə də Şərq dövlətləri ilə öz münasibətlərini genişləndirir. İtaliya ilə strateji tərəfdaşlığın qurulması isə Azərbaycanın Avropa ilə münasibətlərinin normal olmasından xəbər verir. Bəzi dövlətlər çalışırlar ki, rəsmi Bakıya qərəzli mövqe ortaya qoysunlar. Bunun üçün də doğru olmayan fikirlər səsləndirirlər. Ancaq Azərbaycan- İtaliya münasibətləri göstərir ki, Azərbaycanın Şərq- Qərb dövlətləri ilə münasibətləri çox normaldır. Xüsusilədə Avropa dövlətləri ilə problemləri yoxdur. Əksinə Azərbaycan normal əməkdaşlıq edib bu münasibətləri irəli aparmaq istəyən dövlətlərlə həmişə öz siyasi, iqtisadi, ticari və digər əməkdaşlıqlarını davam etdirib. Azərbaycan- İtaliya münasibətlərinin daha da inkişafı və gələcəyi üçün İlham Əliyevin bu səfəri mühüm əhəmiyyət kəsb etməkdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya