Məşhur aktrisa arıqlama sirrini bölüşdü

Türkiyəli aktrisa Melisa Döngel arıqlama sirrini bölüşüb.
Bakupost.az xəbər verir ki, gözəlliyi və şəxsi həyatı ilə hər zaman maqazin gündəmində olan Melisa Döngelin fit görünüşünün sirri məlum olub.
Müntəzəm idmana və düzgün qidalanmaya fikir verən Döngel yuxudan oyanan kimi bəzi xırda detalları da nəzərdən qaçırmır.
Döngel qatıldığı bir proqramda formasını necə qoruduğunu açıqlayıb.
55 kq çəkisi olan Döngel, "Gəzintiyə çıxıram. Axşam 6-dan sonra yemək yeməsəniz, kökəlməzsiniz. Səhər oyananda bir stəkana 1 yemək qaşığı yemişan sirkəsi qoyun. Bu su bütün gün yağınızı yandıracaq və maddələr mübadiləsini sürətləndirəcək", bildirib.