Cennifer Lopezdən qisas paltarı

Ötən gün Toronto Film Festivalında bir ayağı ilə doğulmasına baxmayaraq güləş sahəsində böyük uğurlar qazanan Entoni Roblesin həyatından bəhs edən “Dayanılmaz” filminin qala gecəsi keçirilib. 
 “Sherg.az” xəbər verir ki, filmdə idmançının anasını canlandıran Cennifer Lopez premyerada geyindiyi libasla sosial mediada trend mövzusu olub. Boşanma qərarından sonra ilk dəfə bir tədbirə qatılan JLo-nun iddialı seçimi üçün "intiqam paltarı" şərhləri edilib.

Qeyd edək ki, 20 ildən sonra yenidən bir araya gələn Cennifer Lopez və Ben Afflek bu dəfə sevgilərini evliliklə taclandırıb. 
Lakin xoşbəxtlikləri uzun sürmədiyi üçün iki məşhur ulduz 2 illik evliliklərinə son qoymaq qərarına gəlib.