Müğənni Kərimi toyda döydülər: saxlanılanlar var

Müğənni Kərim toyda döyülüb.

Sherg.az lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.

Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

Faktla bağlı araşdırma gedir.