Uill Smit Bakıya gəldi

Dünya şöhrətli aktyor və musiqiçi Uill Smit “Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024 çərçivəsində Azərbaycana gəlib.

OLAY-ın əldə etdiyi məlumata görə, 55 yaşlı sənətçinin uçduğu təyyarə bu gecə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Smit sentyabrın 13-də “Crystal Hall”da konsert proqramı ilə çıxış edəcək.