Esra Bilgiç-Faruk Sabancı sevgisi bütün sürətiylə davam edir -FOTO

Aktrisa Esra Bilgiç (31) ilə dicey və prodüser Faruk Sabancının (32) ötən ay yeni münasibətə başladığı məlum olub. 
"Sherg.az" xəbər verir ki, Esra Bilgiç və Faruk Sabancı ilk dəfə ötən ay Çengelköydə restorandan çıxarkən birlikdə görüntüləniblər.
Sakıp Sabancının qardaşı oğlu, Mehmet Sabancının oğlu Hacı, Hakan və Kərimin əmisi oğlu Faruk Sabancı və gözəl aktrisa çıxışda qarşılarında duran jurnalistləri görəndə təəccübləniblər.
Çütlük ətbuat mənsublarının verdiyi sevgi sualları qarşısında susmağa üstünlük versə də, Esra Bilgiçin xoşbəxtliyi üzündən bəlli olub. 
Jurnalistlərin suallarını cəld cavablandıran cütlük "Hər şey yaxşıdır, çox sağ olun. Bunlar üçün hələ tezdir, daha münasib vaxtda danışarıq" deyiblər.