Ötən il yeddinci dəfə ata olan və gündəmə düşən usta Hollivud ulduzu Robert De Niro qatıldığı proqramda məzar daşına nə yazdıracağını açıqlayıb.
Sherg.az xəbər verir ki, "Who’s Talking to Chris Wallace?" adlı proqrama qatılan 81 yaşlı ulduzun Drena, Rafael, Culian, Aaron, Elliot və Helen və Gia adlı 7 övladı var.
Ən böyük övladının (Drena) 53 yaşı olan aktyor necə ata olduğunu soruşduqda “Əlimdən gələni etməyə çalışıram” deyə cavab verib.
Məşhur aktyor “Hətta məzar daşıma belə yazdıracağam: "əlimdən gələni etdim” deyib.
Oskar mükafatına namizəd olan “Killers of the Flower Moon” filmi ilə adından söz etdirən ulduz məzar daşına “Lütfən, etdiyim hər şey üçün məni bağışla” sözlərinin yazılacağını da bildirib.
"Siz yaxşı ata deyildiniz?" sualına aktyor qısa, konkret cavab verib:"Xeyr! Mən əlimdən gələninin ən yaxşısını etdim. Deyə biləcəyim tək şey budur". Karyerası ilə çox məşğul olduğunu bildirən aktyor "Hər zaman məşğul olmuşam, amma uşaqlarımı çox sevirəm" deyib.
Bir müddətdir birlikdə olduğu Tiffany Chen-dən övladı olan aktyor qızına Gia Virciniya Çen De Niro adını verib.