Özgü Namal: Uşaqlarım mənə şəfa verir

Aktrisa Özgü Namal Kuruçeşmədə görüntülənib. Namal övladları ilə bağlı açıqlamalar verib.
Sherg.az xəbər verir ki, Özgü Namal yayın onun üçün yaxşı keçdiyini, bol-bol dincəldiyini söyləyib: "İndicə gərgin mövsümü geridə qoydum. Sonra Almaniyada film çəkdim. Uşaqlarımın qayğısına qaldım. Uşaqlarla birlikdə olmaq şəfa verir, ruhumu  təmizləyir. Yayımı gözəl keçirdim, uşaqlar hər gün böyüyür. Mən də onlara baxıb  böyük zövq alıram".

Özgü Namalın Nəfəs və Elem Su adlı iki övladı var.

Məşhur aktyor Özgü Namalın 2014-cü ildə ailə qurduğu həyat yoldaşı Ahmet Serdar Oral 2020-ci ildə ürək tutmasından dünyasını dəyişib.